» » » ABŞ və Azərbaycan aviasiya sahəsində təcrübələrini bölüşdülər – FOTO

ABŞ və Azərbaycan aviasiya sahəsində təcrübələrini bölüşdülər – FOTO

ABŞ və Azərbaycan aviasiya sahəsində təcrübələrini bölüşdülər – FOTO

Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.

ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.

Bu barədə Ucarliyiq.biz - ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq prosedurları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzularında müzakirələr aparılır. 

Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.