» » » Aprel döyüşlərində 2000 hektar ərazimiz işğaldan azad edilib

Aprel döyüşlərində 2000 hektar ərazimiz işğaldan azad edilib

Aprel döyüşlərində 2000 hektar ərazimiz işğaldan azad edilib

Həmin yerlərdə bir neçə strateji yüksəklik də var.

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.

“Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür”, - deyə, mənbə əlavə edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində “aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini” deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: 

“İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil”.