» » » ABŞ səfiri: İyun görüşü münaqişənin həllinə gətirib çıxara bilər

ABŞ səfiri: İyun görüşü münaqişənin həllinə gətirib çıxara bilər

ABŞ səfiri: İyun görüşü münaqişənin həllinə gətirib çıxara bilər

“Hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti Ermənistan və Azərbaycan prezidentlərinin iyunda baş tutacaq mümkün görüşünün hamımızın can atdığı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasına gətirib çıxaracağına ümid edir.

ucarliyiq.biz “news.am”a istinadən xəbər verir ki, bu barədə Yerevanda keçirilən ABŞ-Ermənistan biznes konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills bildirib.

Diplomatın qiymətləndirməsinə görə, Vyanadan gələn xəbərlər ümidvericidir.

“Bu, nailiyyət idi, belə ki, hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”, - Mills vurğulayıb.

Təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir, bunun tərəflərin xoş iradə və hazırlıqlarının göstəricisi olduğunu bildirib.

“Minsk qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırkı tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, - Riçard Mills qeyd edib.

Xatırladaq ki, mayın 16-da Vyanada Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə naziri dövlət katibi Harlem Dezirin və ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşü baş tutub.