» » » “Eurasianet”: Azərbaycan ABŞ-dan 20 milyon dollar hərbi yardım alıb

“Eurasianet”: Azərbaycan ABŞ-dan 20 milyon dollar hərbi yardım alıb

“Eurasianet”: Azərbaycan ABŞ-dan 20 milyon dollar hərbi yardım alıb

“Vəsaitin əsas hissəsi hərbi-dəniz qüvvələrinin dəstəyinə yönləndirilib”

Azərbaycan son on ildə ABŞ Müdafiə Nazirliyindən hərbi yardım qismində 20 milyon dollar alıb, eyni zamanda Ermənistan demək olar ki, heç nə almayıb.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Coşua Kuçera nüfuzlu “Eurasianet” nəşrində dərc edilmiş məqaləsində yazır.

Kuçera ABŞ hökumət idarələrinin sənədlərinə istinad edir.

“ABŞ Dövlət Departamenti iki ölkəyə yardım edərkən, əsasən “paritet” siyasətinə riayət edir, Müdafiə Nazirliyi sabitliyin saxlanılmasında bir qədər ehtiyatsızdır. Bakı əsasən Pentaqonun iki yardım proqramından faydalanıb. Bu proqramlar “Proqram 1004” və “Seksiya 1206” adı ilə məşhurdur. Proqramlar ABŞ Konqressi tərəfindən daha zəif nəzarət edilir və daha yumşaq hesabat tələblərinə malikdir”, - müəllif yazır.

Kuçeranın sözlərinə görə, Azərbaycan 2005-ci ildən narkotiklərlə mübarizəni təmin edən “Proqram 1004” üçün 8,5 milyon dollar, eləcə də terror əleyhinə yardımı təmin edən “Seksiya 1206” üçün 11,5 milyon dollar alıb. Ermənistan isə “Proqram 1004” üçün yalnız 41000 dollar alıb, bu məlumat ABŞ-da hərbi yardımın müxtəlif proqramlarının məlumat bazasını dəstəkləyən “Washington Security Monitor” hüquq-mühafizə qrupu tərəfindən verilib.

Müəllif qeyd edir ki, Azərbaycan üçün pulun əsas hissəsi hərbi-dəniz qüvvələrinin dəstəyinə yönləndirilib, bu, ABŞ-ın Xəzər dənizində enerji infrastrukturun müdafiəsində maraqlı olmasına əsaslanır.

“Bu yaxınlarda Azərbaycan və Ermənistan təmas xəttində yaranan gərginlik iki ölkəyə hərbi yardıma dair debatlara səbəb oldu. Bununla yanaşı, ABŞ Dövlət Departamenti təsdiqləyib ki, ABŞ-ın beynəlxaql terrorizm ilə mübarizəsini möhkəmləndirmək lazımdır və bu, Azərbaycanın sərhədlərinin təhlükəsizliyi üçün vacibdir.

Bundan başqa, Dövlət Departamenti hesab edir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair danışıqların keçirilməsinə dair davam edən cəhdlərə mane olmamalıdır”, - müəllif yazır.