» » » XİN: Vəziyyət dramatik şəkil ala bilər

XİN: Vəziyyət dramatik şəkil ala bilər

XİN: Vəziyyət dramatik şəkil ala bilər

“Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir”.

Münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir.

Əgər o bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT Minsk qrupunun həmsədrləri bu barədə ciddi qeyd götürməlidirlər.

ucarliyiq.biz - in xəbərinə görə, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiyada keçirilən sessiyasındakı çıxışını şərh edərkən bildirib.

“16 may 2016-cı il tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilmiş görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir.

Bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir”, - deyə XİN sözçüsü bildirib. 

H.Hacıyev qeyd edib ki, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik Sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur.

“Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur.

2 aprel tarixindən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir”, - deyə XİN sözçüsü vurğulayıb.