» » » Azərbaycan ordu xərclərini artırıb

Azərbaycan ordu xərclərini artırıb

Azərbaycan ordu xərclərini artırıb

500-ə yaxın mənzil hərbi qulluqçuların mülkiyyətinə verilib.

2015-ci il dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 221,4 milyon manat vəsait yönəldilib ki, bu da 2014- cü illə müqayisədə 383,3 milyon manat və ya 13,5% çoxdur. 

Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 18,1% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 2,9 faiz-bənd çoxdur.

Bu barədə ucarliyiq.biz Maliyyə Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir.

Qeyd edək ki, hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 17 milyon 800 min manat olub ki, bu da 2014-cü illə müqayisədə 184,7 milyon manat və ya 12,2% çoxdur. 

Bundan başqa, ötən il hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ümumi dəyəri 50,6 milyon manat olan 471 mənzil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə verilib.