» » » Ermənilər növbəti dəfə öz PUA-larını vurdular

Ermənilər növbəti dəfə öz PUA-larını vurdular

Ermənilər növbəti dəfə öz PUA-larını vurdular

MN məlumat yaydı.

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

Bu barədə Ucarliyiq.biz - ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci “X-55” tipli PUA-dır.