» » » Rusiya XİN Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı

Rusiya XİN Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı

Rusiya XİN Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı

“Qabağa qaçmaq lazım deyil”.

Əsas olan Qarabağ münaqişəsinin hərbi yolla həlli olmadığlna dair fundamental ideyanı dəstəkləməkdir. 

Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır.Bu barədə Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.

Ona görə də Pavlovskinin fikrincə Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır.

Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə A. Pavlovskiy qeyd edib ki, məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb.

“Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələr bölgədə yerləşdirilə bilər”, - deyən diplomat, bu məsələdə qabağa qaçmağa ehtiyac olmadığını, xdur, ona aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazım olduğunu da vurğulayıb.

Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın “DQR”in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyinin vurğulayıb:

“Heç kim rəsmən bu cür təklif irəli sürməyib”.