» » » İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər – FOTO

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər – FOTO

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər – FOTO

Üsamə bin Ladenin təsviri yerləşdirildi.

Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan xaker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.

ucarliyiq.biz xəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı  təqdim olunur.

Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.

Öz növbəsində Əmrahbank-dan ucarliyiq.biz-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər – FOTO

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər – FOTO