» » » Nalbandyan: Qarabağ üzrə razılaşma olmayacaq

Nalbandyan: Qarabağ üzrə razılaşma olmayacaq

Nalbandyan: Qarabağ üzrə razılaşma olmayacaq

“Danışıqların məqsədi – nizamlanmanın yeni istiqamət və prinsiplərinin hazırlanmasıdır”.

Yaxın zamanda Ermənistan və Azərbaycan arasında imzalanmaq üçün hazır sənəd ola bilməz.

ucarliyiq.biz Novosti-Armenii istinadən xəbər verir ki, bu barədə mayın 26-da Ermənistan xarici işlər naziri Edvard Nalbandyan parlament komissiyalarının iclasında çıxış edərkən bildirib.

Nalbandyan qeyd edib ki, razılaşmalara görə, danışıqların növbəti mərhələsi iyun ayında olacaq, amma görüşün keçiriləcəyi yer hələlik müəyyən edilməyib.  

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcəyi nəzərdə tutulub. Görüş zamanı prezidentlərin Vyana görüşündə əldə olunmuş razılaşmalar müzakirə edilə bilər.

“Əldə edilən razılaşma görüşün formatına məhdudiyyət qoymur. Bütün şərait yaradıldığı halda, belə görüşün də baş tutacağı istisna edilmir.

Amma biz danışıqların bərpa edilməsini deyəndə, hansısa sənədin imzalnmasından danışmaq tezdir – imzalanmalı olan hər hansı bir sənəd yoxdur. Danışıqların məqsədi – nizamlanmanın yeni istiqamət və prinsiplərinin hazırlanmasıdır”, - Nalbandyan bildirib.