» » » Ermənilər Qarabağda təlimlərə başladılar

Ermənilər Qarabağda təlimlərə başladılar

Ermənilər Qarabağda təlimlərə başladılar

Düşmən zirehli texnika və artilleriya qurğularından istifadə edir.

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.  

ucarliyiq.biz APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, düşmənin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərinin ətrafında zirehli texnika və artilleriya qurğularından istifadə edir.

Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz dumanı cəbhə zonasında yerləşən kəndlərindən açıq-aydın müşahidə olunur, təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.