» » » Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir.

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

ucarliyiq.biz xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub. 

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də  çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar  üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO