» » » Zakir Həsənov İspaniyanın Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradı izləyib

Zakir Həsənov İspaniyanın Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradı izləyib

Zakir Həsənov İspaniyanın Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradı izləyib

Azərbaycan müdafiə naziri Pedro Morenezidən dəvət alıb.

İspaniyada Silahlı Qüvvələr Günüdür. 

ucarliyiq.biz AzərTAC-a istinadən xəbər verir ki, bu münasibətlə təşkil olunmuş təntənəli paradı İspaniya Kralı VI Felipe, müdafiə naziri Pedro Morenes, daxili işlər naziri Xorxe Fernandes Dias və digər rəsmi şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da izləyib.

İspaniya ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən mərasimdən sonra Kral VI Felipe müdafiə naziri Pedro Morenezin dəvəti ilə parada qatılan general-polkovnik Zakir Həsənovla görüşüb. 

Görüş zamanı nazir Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin səmimi salamlarını Krala çatdırıb. Silahlı Qüvvələr Günü münasibətilə Krala təbriklərini çatdıran müdafiə naziri İspaniyaya səfərindən məmnunluğunu ifadə edib, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.

Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edən və ona əmin-amanlıq arzulayan Kral IV Felipe öz növbəsində onun da salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.