» » » Sabahdan havanın temperaturu düşür

Sabahdan havanın temperaturu düşür

Sabahdan havanın temperaturu düşür

Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.     

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz  21-26 dərəcə isti olacaq.