» » » Yeniyetmə məhkumlar Bakıda gəzintiyə çıxdılar - FOTO

Yeniyetmə məhkumlar Bakıda gəzintiyə çıxdılar - FOTO

Yeniyetmə məhkumlar Bakıda gəzintiyə çıxdılar - FOTO

Onlar əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar Penitensiar Xidmətin əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.

ucarliyiq.biz Penitensiar Xidmətin məlumatına istinadla xəbər verir ki, yeniyetmələr – Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Miniatür Kitab Muzeyində, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.