» » » Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Həmsədr tvit yazıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

“Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi da daxil olmaqla Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”, - deyə C.Uorlik bildirib.

Qeyd edək ki, amerikalı həmsədr və Azərbaycan xarici işlər naziri  Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.