» » » Elçin Quliyev Alper Coşkun ilə görüşdü - FOTO

Elçin Quliyev Alper Coşkun ilə görüşdü - FOTO

Elçin Quliyev Alper Coşkun ilə görüşdü - FOTO

Görüşdə fikir mübadiləsi aparılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.

Xidmətin mətbuat mərkəzindən ucarliyiq.biz-ə verilən məlumata görə, görüşdə Alper Coşkun ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.
 
DSX rəisi  hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib  və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
 
Söhbət əsnasında Azərbaycan DSX ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini bildirib, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.

Elçin Quliyev Alper Coşkun ilə görüşdü - FOTO