» » » Xüsusi təyinatlılarımız Türkiyədə təlimlərdə iştirak edəcək

Xüsusi təyinatlılarımız Türkiyədə təlimlərdə iştirak edəcək

Xüsusi təyinatlılarımız Türkiyədə təlimlərdə iştirak edəcək

Hərbi manevrlər 6-12 iyun tarixlərində keçiriləcək.

Türkiyədə 6-12 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə hərbi təlimlər keçiriləcək.

ucarliyiq.biz “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Baş Qərargahının rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyənin Quru Qoşunları komandanlığına tabe olan Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığının şəxsi heyəti Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlıları ilə birgə hərbi manevrlər icra edəcəklər.

Təlimlərə həmçinin Türkiyənin Qurudakı Hava Qoşunlarının Komandanlığından qrupların qatılacağı da bildirilir.

Təlimlərin məqsədi ölkələrin xüsusi təyinatlıları arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, birlikdə işləməyi inkişaf etdirməkdir.