» » » Azərbaycanlı Qafarov: Mənim köşküm bazarın simasıdır! - VİDEO

Azərbaycanlı Qafarov: Mənim köşküm bazarın simasıdır! - VİDEO

Azərbaycanlı Qafarov: Mənim köşküm bazarın simasıdır! - VİDEO

“Afrika Rusiyaya qarşıdırmı?”.

Yekaterinburqun Şartaşski bazarında Rusiyaya gətirilməsi qadağan edilən ölkələrin məhsullarının olduğunu aşkar etmək üçün ani yoxlama aparılıb.

ucarliyiq.biz xəbər verir ki, reydi Yekaterinburq gömrüyü, Rusiya kənd təsərrüfatı nəzarəti xidməti və prokurorluq əməkdaşları aparıb.  

Yoxlama aparanların diqqətini Azərbaycandan olan sahibkar Aydın Qafarovun satdığı quru meyvələr cəlb edib.

Onun köşkü Şartaşski bazarının bağlı pavilyonuna girişin yaxınlığında yerləşir.

“Mənim köşküm bazarın simasıdır!” - sahibkar qürurla bildirib. Yoxlama aparanların onun köşkündən tez çıxmalarının səbəbi bir neçə dəqiqəyə aydın olur.

“Qutulara baxın, fındıq – Tacikistandandır, badam – Çilidən, keyfiyyətə bax, kişmiş –Afrikadandır, o, hardan sanksiyalara düşəcək? Afrika Rusiyaya qarşıdırmı?” – satıcı istənilən yoxlama aparana qarşı durmağa hazırdır. – Xurma – İordaniyadandır, keşyu – Braziliyadan”.

Qafarovun fikrincə, ona qarşı yoxlamanı rəqibləri sifariş veriblər.

“Başqa yerlərdə nədənsə yoxlamırlar! Onlara əlləri çatmır, arxalarında paqonlu böyük adamlar var, mən isə burada təkəm!”.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab olaraq, Rusiya Aİ ölkələrindən, ABŞ, Kanada və Avstraliyadan kənd təsərrüfatı mallarının gətirilməsinə qadağa qoyub.