» » » Deputat: Bizim polislərə halal olsun

Deputat: Bizim polislərə halal olsun

Deputat: Bizim polislərə halal olsun

“Böyük içəri girəndə ayağa qalxırlar”.

Bizim gənclərin Avropadan örnək götürəsi hələ çox şey var.

ucarliyiq.biz xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “Kaspi” qəzetinə vediyi müsahibədə bildirib.

Deputat qeyd edib ki, Avropa insanları sürdüyü maşınların şüşəsindən küçəyə siqaret atmır, pivə bankası, kağız tullamır, küçələri zibilləmir, qırmızı işıqda keçmir, qoşa xətti tapdalamırlar.

“Bu vərdişlər aşağı yaşlardan uşaqlara aşılanmalıdır. Bunun kökündə müəyyən layihə xarakterli təbliğat durur. Hansı ki, televiziyalar, təşkilatlar, dövlət qurumları bu təbliğatı öz üzərlərinə götürməlidir”, - deyə, deputat bildirib.

Lakin bununla belə deputat hesab edir ki, bizim gənclərdə də mədəniyyət yüksəkdir.

“Böyük içəri girəndə ayağa qalxırlar. Avropa gənci üçün bu, çox önəmli deyil. Avropa gənci 18 yaşında valideynindən ayrılaraq müstəqil yaşayır. Bizim bəzi gənclər isə 50 yaşında anasının yanında yaşayır, yenə anasından kömək gözləyir”, - deyə, o, bildirib.

A. Əliyev müsahibəsində həmçinin polislərlə bağlı fikirlərini də bölüşüb:

“Bizim polislərə halal olsun. Polislərimiz zülm çəkir. İnsanlar 8 saatlıq iş qrafiki ilə işləməlidirlər, bizim polislər 24 saat çalışırlar. Buna görə ictimai-siyasi sabitliyimiz var, cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparılır. İş bir qədər təkmilləşdirilsə, daha da yaxşı nəticələr əldə edərik. Bu qədər əziyyətin qabağında hər küçədə bir yol polisi durmaqdansa, kameralar qoyulsa, daha yaxşı olar. Bir də insanlar özləri də dərk etməli, ağıllanmalıdır ki, evlərinə sağ-salamat çatmaları üçün qaydalara əməl edərək, maşını aşağı sürətlə idarə etməlidirlər”.

Əvvəllər polis sistemində çalışdığını qeyd edən deputat bu peşədə gecəni də, gündüzü də yatmamağı öyrəndiyini bildirib:

“Cinayət hər an, gecə saat 3-də, 5-də də baş verə bilər. Hər an hadisə yerinə əməliyyat qrupunu göndərmək, əməliyyat qrupunun üzvü olmaq, əməliyyatda iştirak etməyi öyrəndim. Polis çox çətin peşədir”.

Adil Əliyev həmçinin növbəti parlament seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.