» » » Balakəndə ildırım evi külə döndərdi: ata və qızı xəsarət aldı

Balakəndə ildırım evi külə döndərdi: ata və qızı xəsarət aldı

Balakəndə ildırım evi külə döndərdi: ata və qızı xəsarət aldı

FHN məlumat yaydı.

Balakən rayonunun Gərəkli kəndində  yaşayış evi yanıb.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. 

Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

APA-nın məlumatına görə, ev ildırım düşməsi nəticəsində yanıb. Yanğın zamanı xəsarət alanlar ev sahibi Teymur Xipiyev və onun 2015-ci il təvəllüdlü qızı Olqa Xipiyevadır. Onlar  Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.