» » » Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Nazirlik məlumat yaydı.

Türkiyənin İzmir şəhərində əməliyyat planlaşdırması prosesi kursu keçirilir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ucarliyiq.biz - ə verilən məlumata görə, kurslar iyunun 13-də başlayıb və 16-dək davam edəcək.

Bundan başqa, iyunun 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.