» » » Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

“Azərbaycanın daxili işlərinə qarışma!”

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirilib. 

ucarliyiq.biz-ın Report-a istinadən xəbərinə görə, aksiyada Avropa Parlamentinin Azərbaycana qarşı yürütdüyü anti-Azərbaycan mövqeyinə və ikili standartlara etiraz edilib.

Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Justice for Khojaly”, “Ermənipərəst mövqeyə son qoy!”, “Avroparlament reallıq hissini itirib!”, “ATƏT ermənipərəstdir!” şüarları səsləndirilib.

Aksiyada Azərbaycanla yanaşı, Türkiyənin də dövlət bayrağı dalğalandırılıb.

Aksiyanın qətnaməsi oxunduqdan sonra sənəd Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.

Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

Bakıda Aİ-nin nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO