» » » Azərbaycan hərbçiləri “İşıq-2016” təlimində iştirak edəcəklər

Azərbaycan hərbçiləri “İşıq-2016” təlimində iştirak edəcəklər

Azərbaycan hərbçiləri “İşıq-2016” təlimində iştirak edəcəklər

Təlim Türkiyə ordusunun Konyadakı bazasında keçiriləcək.

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək “İşıq-2016” beynəlxalq təlimində iştirak edəcəklər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

İyunun 20-dən 30-dək Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü bazasında keçiriləcək təlimə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Rumıniya və Səudiyyə Ərəbistanından Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrindən bölmələr qatılacaq.

Təlimin məqsədi axtarış-xilasetmə əməliyyatları çərçivəsində komanda-kontrol müddətini sınaqdan keçirmək, inkişaf etdirmək, Döyüş Axtarış Xilasetmə bölmələrinin (təyyarə, komanda-kontrol təyyarəsi və helikopter pilotları) bacarıqlarını artırmaqdır.

Təlimə Belçika, Qatar, Keniya, Kosova, Livan, Makedoniya, Malayziya, Polşa, Sudan, Çili, Yunanıstan, Banqladeş, Sinqapurdan müşahidəçilər qatılacaq.

Qeyd edək ki, bundan əvvəl – 2015-ci ilin mart ayında keçirilmiş “İşıq-2015” təlimində Azərbaycan Hərbi Hava Qüvvələri Mi-17 helikopterləri ilə iştirak etmiş, təlimə eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrin Axtarış-Xilasetmə qrupu qatılmışdı.