» » » Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq

Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq

Bakıda ucuz qurbanlıq heyvanlar satılacaq

Nazirlik məlumat yaydı.

Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Bu barədə ucarliyiq.biz-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

“Tədbirlər əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə keçiriləcək” - deyə, KTN qeyd edib.
 
Nazirlikdən həmçinin bildirilib ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.