» » » Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirildi – VİDEO

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirildi – VİDEO

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirildi – VİDEO

Saxlanılan var.

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasından sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin yolda reydlərə başlayıb. 

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, reyd qanunsuz olaraq sərnişindaşma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücülərinə qarşı keçirilib. 

Reyd zamanı 10-a yaxın sürücü cərimələnib və qanunsuz sərnişindaşıma ilə məşqul olan avtobus və mikroavtobuslar cərimə meydançasına aparılırb.

Reyd zamanı qaydaları pozan və əmrə tabe olmayan, müvafiq sənədlər təqdim etməyən sürücülərlə DANX və BDYPİ əməkdaşları arasında mübahisələr də düşüb. Onlar Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb. 

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 8 saylı regional ərazi idarəsinin böyük məsləhətçisi Vüqar Nuriyev bildirib ki, Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı nazirlik heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda qəzaya düşən mikroavtobusun Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur: 

"Qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurmuş. Mən Sumqayıt sakinlərinə səslənirəm ki, xətdən kənar, qanunsuz fəaliyyət göstərən mikroavtobuslara minməsinlər. Çünki onlar lisenziya almadan, sənədsiz, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Nəticədə də bu kimi qəza halları baş verir, insanlar həyatını itirir, yaralanır".