» » » Zakir Həsənov: Silahlı Qüvvələrimizin döyüş hazırlığını yoxladıq – VİDEO

Zakir Həsənov: Silahlı Qüvvələrimizin döyüş hazırlığını yoxladıq – VİDEO

Zakir Həsənov: Silahlı Qüvvələrimizin döyüş hazırlığını yoxladıq – VİDEO

“Hərbçilər, döyüşdə iştirak edən texnika yüksək peşəkarlıq nümayiş etdirdi”.

“Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsədlərə nail olduq, bütün hədəflər vuruldu”. 

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ANS telekanalına cəbhədə keçirilən genişmiqyaslı təlimlərlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimlərdə müxtəlif qoşun növlərinin təlim taktiki qrupu düşmənin ön xəttinin yarılması və əsas qüvvələrin döyüşə yeridilməsi, fəaliyyət göstərən qoşunların havadan, artilleriya vasitəsi ilə dəstəklənməsi həyata keçirilir.

“Biz baxmaq istəyirdik ki, bu ərəfədə şəxsi heyəti nəyə yönəltmişik, üstünlüyümüz nədir, yeni aldığımız avadanlıqlar, silah-sursat döyüş zamanı nə dərəcədə düzgün istifadə olunur”, - deyə Z.Həsənov bildirib.

Nazir qeyd edib ki, hər il Silahlı Qüvvələrin ildönümü ərəfəsində təlimlər keçirilir. Bu, illik plana daxildir. 

“Biz bu təlimlərdə yarım il ərzində qoşunların döyüş hazırlığının nəticələrini də yoxlayırıq. Təlimlər yüksək səviyyədə keçdi. Hərbçilər, döyüşdə iştirak edən texnika yüksək peşəkarlıq nümayiş etdirdi”, - deyə nazir bildirib.

Z.Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib və deyib ki, Ali Baş Komandan Silahlı Qüvvələr qarşısında vəzifələr qoyub. 

“Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik”, - deyə Z.Həsənov qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Təlimlər iyunun 24-dək davam edəcək.