» » » Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi - FOTO

Sərəncam imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ramella Allahverdiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, sərəncamla Ramella Allahverdi qızı Allahverdiyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Qeyd edək ki, R.Allahverdiyeva 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 

Sonradan məhkəmənin adı dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsi olub. R.Allahverdiyeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Onun səlahiyyət müddətinin bitməsinə az vaxt qalmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi - FOTO