» » » Ştaynmayer Qarabağda münaqişənin gərginləşməsi imkanından danışdı

Ştaynmayer Qarabağda münaqişənin gərginləşməsi imkanından danışdı

Ştaynmayer Qarabağda münaqişənin gərginləşməsi imkanından danışdı

“Biz bu təhlükənin qarşısını almaq üçün məsuliyyət daşıyırıq”.

“Dağlıq Qarabağ münaqişəsinin özündə gərginlik potensialı mövcuddur”.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ATƏT-in hazırkı sədri, Almaniya XİN-in rəhbəri Frank-Valter Ştaynmayer Berlində Cənubi Qafqaz regionuna səfərindən öncə bildirib. 

“ATƏT-də Almaniyanın sədrliyi müddətində biz atəşkəs konsolidasiyası, etimadın yaradılması və tezliklə danışıqların başlanması vasitəsilə bu təhlükənin qarşısını almaq üçün məsuliyyət daşıyırıq”, - Ştaynmayer bəyan edib. 

Xatırladaq ki, Ştaynmayerin Cənubi Qafqaza səfəri bu gün başlanacaq. ATƏT-in hazırkı sədri bu gün Yerevana səfər edəcək. İyunun 30-da isə Bakıda görüş keçirəcək və daha sonra Tbilisiyə yola düşəcək.