» » » Əbülfəs Qarayev Nyu-Yorkda Qarabağdan danışdı — FOTO

Əbülfəs Qarayev Nyu-Yorkda Qarabağdan danışdı — FOTO

Əbülfəs Qarayev Nyu-Yorkda Qarabağdan danışdı — FOTO

Nazir ABŞ-da səfərdədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 28-dən iyulun 1-dək Nyu-York şəhərində səfərdə olacaq.

ucarliyiq.biz - in məlumatına görə, səfər çərçivəsində nazir ilə BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə, BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub. 

Ə.Qarayev BMT Baş Assambleyanın prezidenti Lykketofta Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə edib.

2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə, BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb. 

BMT Baş Assambleyasının prezidenti Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək bu tərəfdaşlıqla məmnun olduğunu ifadə edib. 

Daha sonra Ə.Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib. 

Yekunda nazir İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. 


Əbülfəs Qarayev Nyu-Yorkda Qarabağdan danışdı — FOTO
Əbülfəs Qarayev Nyu-Yorkda Qarabağdan danışdı — FOTO