» » » DİN Sumqayıtda dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Sumqayıtda dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Sumqayıtda dəhşətli qəza ilə bağlı məlumat yaydı

Avtomobili Kazımova idarə edib.

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş yol qəzası barədə məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub.

Nəticədə S. Məlikov, F. İsmayılov və L. Məmmədov hadisə yerində ölüb, N.Babayev və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.