» » » Azərbaycanlı dostunu xilas etməyə çalışan rusiyalı boğuldu – FOTO

Azərbaycanlı dostunu xilas etməyə çalışan rusiyalı boğuldu – FOTO

Azərbaycanlı dostunu xilas etməyə çalışan rusiyalı boğuldu – FOTO

Gəncləri vətənlərində dəfn edəcəklər.

Rusiyanın Surqut şəhərində ötən şənbə günü boğulmuş azərbaycanlı Səbuhi Ağayev və rusiyalı Aleksandr Lyapinin cəsədini aşkarlayıblar.

ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı Aleksandr Lyapin və Səbuhi Ağayev Surqutda elektrik stansiyasının su anbarında ötən şənbə günü itiblər.

Onlar su elektrik stansiyasının anbarının yaxınlığında balıq tuturlarmış. Səbuhi sürüşüb və suya düşüb, onu xilas etməyə çalışan Aleksandr da boğularaq ölüb.

Xilasedicilər Aleksandrın cəsədini yalnız çərşənbə günü səhər oğlanın suya tullandığı yerdən tapıblar. Gənc oğlanın meyiti üç gündür ki, axtarılırmış. Səbuhi Ağayevin cəsədi isə üzərindən şəhər zibilliyinə aparan yolun keçdiyi bəndin qarşısında aşkarlanıb.

Gəncləri vətənlərində dəfn edəcəklər.

Səbuhi Ağayevi Azərbaycanda, Aleksandr Lyapini isə Orenburqda.