» » » Bakıda yanğın: 20 sakin təxliyə olundu

Bakıda yanğın: 20 sakin təxliyə olundu

Bakıda yanğın: 20 sakin təxliyə olundu

FHN məlumat yaydı.

Bakıda binada yanğın hadisəsi qeydə alınıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli  yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib. 

Nəticədə mənzilin  1 otağının yanar konstruksiyaları  və ev əşyaları 15 kv.m sahədə yanıb. 

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.