» » » Dövlət işçi axtarır

Dövlət işçi axtarır

Dövlət işçi axtarır

55 boş yer.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib. 

Komissiyadan ucarliyiq.biz-ə verilən məlumata görə, sentyabrın 18-dən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib. 

“Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur”-deyə, komissiyadan bildirilib. 

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 18 sentyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Bundan əlavə, kommissiyadan bildirilib ki, “ASAN xidmət”lə bağlı test imtahanları sentyabrın 21-də başa çatacaq:

“Sentyabrın 16-dan “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən hazırki göstəricilərə görə 254 nəfər test imtahanında iştirak edib.  Onlardan 43-ü müsabiqədə uğur qazanıb. 189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları sentyabrın 21-də başa çatacaq”.