» » » Xırdalanda məcburi köçkünlər yerli sakinin evini zəbt ediblər – VİDEO

Xırdalanda məcburi köçkünlər yerli sakinin evini zəbt ediblər – VİDEO

Xırdalanda məcburi köçkünlər yerli sakinin evini zəbt ediblər – VİDEO

ANS–in əməkdaşları da təzyiqə məruz qalıb.

Allahverdiyevlər ailəsinə məxsus mənzil 22 ildir ki, zəbt edilib.

ucarliyiq.biz xəbər verir ki, ANS TV-nin məlumatına görə, Yasamal rayonu, II Alatava, ev 96 c-də kirayə yaşayan Allahverdiyevlər ailəsi bildirir ki, 22 ildir mənzilindən didərgin düşüb. 

Ailə başçısı II qrup əlil Fazil Allahverdiyevin sözlərinə görə, bu vəziyyətə düşmələrinə səbəb məcburi köçkünlərin onların evini 1993-cü ildə zəbt etməsidir.

Zərərçəkmiş təqaüdlə ailə dolandırır. Üstəlik mənzili ola-ola şəraitsiz vəziyyətdə 22 ildir ki, kirayə yaşayır. Vaxtilə ailə paytaxtda olmadığı vaxtda Abbosov Musa ailə üzvləri ilə birgə Allahverdiyevlər ailəsinə məxsus Xırdalan şəhəri, Mehdi Hüseynzadə, ev 6 31 saylı mənzilinə daxil olub. Buna görə də Allahverdiyevlər ailəsi məhkəməyə müraciət edib.

Məhkəmənin qətnaməsinə əsasən məcburi köçkün ailəsi həmin mənzildən çıxarılmalıdır. 2013-cü ildən verilən qərar hələ də icra olunmur. 

“Zaman keçdikcə səhhətim ağırlaşdı. Məhz bu səbəbdən də gedib evimi onlardan tələb edə bilmədim. Bir neçə dəfə yoldaşım və uşaqlarım qaçqınları evdən çıxarmağa cəhd göstəriblər. Lakin qaçqınlar ailəmi zor tətbiq etməklə yanşı təhqir edib onları qapıdan qovmuşdular”.- Fazil Allahverdiyev qeyd edib.

ANS TV-nin əməkdaşları zərərçəkmişlə bərabər üz tutublar Xırdalan şəhərində yerləşən qanuni mənzillərinə. Bu zaman onlara həmin evdə yaşayan Ballı Qasımova qarşlayıb. Amma Ballı xanım nədənsə şirin dili ilə deyil, əksinə əl-qol hərkətlərilə operatora zərbələr eindirərək təzyiq göstərməyə başladı.

Bununlu da hirsi soyumyan xanım öz taxta çubuğundan istifadə edərək zor tətbiqini davam etdirdi.

Daha sonra nəlayiq ifadələrlə o ikinci qrup əlil Fazil bəyə və onun yoldaşına eyni minvalla zor tətbiq etdi. Ancaq bu işdə o tək deyildi, həm də qonşularının köməyindən yararlanırdı.

Hədə qorxu nəlayiq ifadələr, vurulan zərbələrdən xəbər tutan polis əməkdaşları məsləyə müdaxilə etməli oldu. Taxta çubuğundan ayrı durmayan xanım bildirdi ki, o məhkəmə qərarına baxmayaraq evdən çıxmayacaq.

Məhkəmə qərarının indiyədək icra olunmamasının səbəbini öyrənmək məqsdilə Ədliyyə Nazirliyinin Abşeron rayon icra şöbəsi ilə əlaqə saxlanılıb. Şöbədən bildirildi ki, məsələ tezliklə araşdırılacaq.