» » » Azərbaycanda 32 dərəcə isti olacaq

Azərbaycanda 32 dərəcə isti olacaq

Azərbaycanda 32 dərəcə isti olacaq

Nazirlik məlumat yaydı.

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Cənub küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz  25-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.