» » » Ekologiyanı pozanlar cərimələndi

Ekologiyanı pozanlar cərimələndi

Ekologiyanı pozanlar cərimələndi

Nazirlik məlumat yaydı.

Sentyabrın 1-dən 5-dək Azərbaycanda ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ucarliyiq.biz-a bildirilib. 

Nazirlikdən bildirilib ki, hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə ümumilikdə, 49 iş üzrə 58 800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

Bundan başqa, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 400.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 265 iş üzrə təxminən 29 926 manat məbləğində ödəmə tətbiq edilib. 

“Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 4, icra qurumlarına 27 iş göndərilib” - deyə, nazirlikdən bildirilib.