» » » Göygöldə bədbəxt hadisə: Futbol qapısı şagirdin üzərinə aşdı

Göygöldə bədbəxt hadisə: Futbol qapısı şagirdin üzərinə aşdı

Göygöldə bədbəxt hadisə: Futbol qapısı şagirdin üzərinə aşdı

Yeniyetmənin vəziyyəti orta-ağırdır.

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. 

Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.