» » » Deputat 27-ci həcc ziyarətindən vaxtından əvvəl qayıtdı

Deputat 27-ci həcc ziyarətindən vaxtından əvvəl qayıtdı

Deputat 27-ci həcc ziyarətindən vaxtından əvvəl qayıtdı

“Naib tutub Bakıya geri qayıtdım”.

Həcc ziyarətini yarımçıq qoymamışam. Ziyarətin əsas əməllərini yerinə yetirmişəm. Özümə orda naib tutmuşam. Mən gördüm ki, burda mənim adımı bəzi məsələlərdə hallandırırlar. Qərara gəldim ki, Bakıda olum.

Hansısa suallar yarananda hamısına özüm cavab verim. Camaatın hərəsi bir şayiə yayır. Bu şayiələrin qarşısını almaq üçün mən Ərəfatda dayanmaq üçün özümə naib tutub Bakıya geri qayıtdım. Heç bir problem yoxdur. Hər şey qaydasındadır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Qafqazinfo-ya müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının namizədliyindən imtina etdiyi deputat Qalib Salahzadə bildirib.

Q.Salahzadənin sözlərinə görə, o, ziyarəti yenidən deputat seçilmək üçün yarımçıq qoymayıb.

“Mən heç bir danışıq aparmıram. Partiya necə məsləhət bilibsə, mən də ona əməl etməliyəm. Mən partiyanın sözündən çıxan deyiləm.

Özbaşına da namizədliyimi verməyəcəm. Mənim yaşım o yaş deyil ki, durum cavanlıq edim.

Yenə hansısa məsləhətlər olsa, o başqa məsələ. Partiyanın əsgəriyəm, borcumdur ki, generalın əmrlərini icra edim”, - deyə, o, bildirib.

Həcc ziyarətində öz yerinə naib qoyması ilə bağlı sözlərini şərh edən deputat bildirib ki, şəriətdə belə bir məqam var:

“Mən istəsəydim, buradan gedəndə özümlə hacı olan adamı naib apara bilərdim. Naib heç omasa bir-iki dəfə Həcc ziyarətində olan şəxs olmalıdır.

Həccdə olan yaşlı insanlar imkanları varsa, bunu edə bilərlər. Şəriətdə var ki, sən öz yerinə naib tuta bilərsən.

Həccin əməllərini etmişəm, qalanlarını da elətdirmişəm. Çox hörmətli bir din xadimi hazırda mənim yerimə bu əməlləri yerinə yetirir”.

Q.Salahzadə həmçinin 27 dəfə həcc ziyarətində olması ilə bağlı da danışıb:

“Mən həyatımda o qədər işlər görmüşəm ki. Hamısı üçün nə etmişəmsə, xoş halalları olsun. Mən heç vaxt onları dilimə gətirməmişəm və gətirməyəcəm də.

Ona görə ki, adam bir şey edəndə Allah üçün edir. Kim istəyirsə, mənim fəaliyyətimə 55 versin, kim istəyirsə 5, ya 2 versin. Mən onları qəbul edən deyiləm. Mənə Allah elə bir şey qismət edib ki, 27 dəfə Həccdə olmuşam”.