» » » “National Geographic Azərbaycan” Coğrafiya İnstitutunun yubileyində – FOTO

“National Geographic Azərbaycan” Coğrafiya İnstitutunun yubileyində – FOTO

“National Geographic Azərbaycan” Coğrafiya İnstitutunun yubileyində – FOTO

Akif Əlizadə tədbirdə çıxış edib.

Sentyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geotəsərrüfat və təbii təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 

ucarliyiq.biz xəbər verir ki, Coğrafiya İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Ukrayna, Qazaxıstan, Gürcüstan, İran, Rusiya, Belarus və s. ölkələrdən, eləcə də Azərbaycandan olan alim-mütəxəssislər, əlaqədar müəssisə və təşkilatlardan nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfrans iştirakçılarını salamlayaraq onlara Coğrafiya İnstitutu barədə məlumat verdi. Ardınca söz alan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iştirakçıları institutun yaranması, fəaliyyəti və onun Azərbaycan elmindəki xidmətləri, son illər həyata keçirilən layihələr barədə geniş məlumatlandırdı.  

Tədbirdə Gürcüstan, Qazaxıstan, İtaliyanın coğrafiya institutlarının rəhbər işçiləri çıxış edərək AMEA Coğrafiya İnstitutunun geniş beynəlxalq əlaqələrindən, zəngin təcrübəsindən və elmi töhfələrindən söz açdılar, institut kollektivinə gələcək fəaliyyətində uğurlar dilədilər. 

Daha sonra, qonaq qismində dəvət olunmuş “National Geographic Azərbaycan” Coğrafiya İnstitutunu yubiley münasibətilə təbrik etdi və davamlı əməkdaşlığımızın nümunəsi olaraq akademik Ramiz Məmmədova “National Geographic” Cəmiyyətinin fəxri üzvlük diplomunu təqdim etdi. 