» » » Belə piyada və sürücüləri həbs gözləyir - VİDEO

Belə piyada və sürücüləri həbs gözləyir - VİDEO

Belə piyada və sürücüləri həbs gözləyir - VİDEO

Həm özlərini, həm də sürücüləri təhlükə qarşısında qoyurlar.

Son zamanlar paytaxt yollarında avtomobilə yapışaraq təhlükəli hərəkətlər edən rolik sürən gənclərin sayı artıb. 

ucarliyiq.biz-ın xəzərxəbər-ə istinadən məlumatına görə, əfsuslar olsun ki, bəzi hallarda məsuliyyətsiz sürücülərdə belə gənclərə kömək edirlər. Əslində isə bunu edən sürücü və piyadalar nəinki, cərimələnə, hətda cinayət məsuliyyətinədə cəlb oluna bilərlər.

Həm özlərini, həm də sürücüləri təhlükə qarşısında qoyurlar.

Son zamanlar hərəkət edən avtomobillərdən tutaraq gedən rolikli yeniyetmələrin sayı artıb. Üstəlik bəzi məsuliyyətsiz sürücülər gənclərin dırnaqarası həyəcanlı əyləncəsinə kömək edir.

Gənclərin əyləncə kimi baxdıqları təhlükəli məşğuliyyət qayda pozuntusu olmaqla yanaşı özlərinin və sürücülərin cinayət məsuliyyətinə cəlb olunmasında səbəb ola bilər.

Təhlükəli hərəkətlər zamanı piyadanın xəsarəti ilə nəticələnən hər hansı qəza baş verdikdə sürücü və piyada cinayət məsuliyyətinə cəlb edilir.

Qəzanın ağırlıqından aslı olaraq günahkar sürücü və piyada 5-7 min manat arası cərimə oluna və yaxud 2 ildən 9 ilədək azadlıqdan məhrum edilə bilər. Nəzərə alsaq ki, parklarda rolik sürmək üçün kifayət qədər geniş yer var onda təhlükəli təşəbbüsü lazımsız saymaq olur.