» » » Bakıda Tıxac və Sıxlıq Bayramı qeyd edilir

Bakıda Tıxac və Sıxlıq Bayramı qeyd edilir

Bakıda Tıxac və Sıxlıq Bayramı qeyd edilir

“Gəlin dünyaya dörd təkərlə deyil, iki ayaqla qədəm qoyduğumuzu xatırlayaq”

Başlandı! Məktəbli-tələbə dövrü başlandı! Və çoxdan gözlədiyimiz və alışdığımız avtomobil tıxacları Bakıya geri döndü! Daxili yanma mühərrikinə eşq olsun, nəhayət ki, hər şey öz axarına döndü.

Rəsmi qurumlar bayramımızı korlamağa cəhd etdi – gündüz saatlarında Bakı nömrə nişanı olmayan avtomobillərin paytaxta girməsinə qadağa qoydu. Çünki yollarda sıxlığın məhz onların yaratdığı hesab edilirdi. Doğrudur, şəhərin mərkəzinə girişi pullu etmək variantı da var idi, bu təqdirdə heç kim regional ayrı-seçkiliyi barədə danışmağa söz tapmayacaqdı. Əgər şəhər divarları yaxınlığında yarğanlar yaratmaq mümkündürsə, o zaman alternativ olanı nəzərdən keçirmək nəyə lazımdır? 

Düzdür şayiələrə görə, region sakinləri mümkün olan və mümkün olmayan yollar ilə öz avtomobilləri üçün Bakı nömrə nişanları əldə edəcəklər. Bu vəsait isə dövlətin imkanlarının möhkəmləndirilməsinə deyil, ayrı-ayrı şəxslərin xeyrinə sərf ediləcək. Qoy olsun! Onlar da bizim dövlətin vətəndaşlarıdır. Əgər vətəndaş üçün yaxşıdırsa, bu, yaxşı bir şeydir.

Bakıya regionlardan piyadaları buraxmamaq kimi başqa təklif də var. Səkilərdə sıxlıqdır, həm də piyada keçidi ilə gəzən az olacaq. Çox konstruktiv təklifdir! Mütləq müvafiq normativ aktı nəzərdən keçirmək və altından möhür qoymaq lazımdır. Yoxsa paytaxtda hamıya hava çatmır.

Əslində bu da bizim sıxlıq və qarmaqarışıq bayramımızı korlayacaq. Bu bizə, əsasən də “insanlara yaxın olun, onlar da sizə doğru gələcəklər” prinsipi ilə yaşayanlara zidd olacaq.

Axı biz iki əl və dörd təkər ilə dünyaya gələnlərik. Əyri yol gedən adam – bizim şəhərin rəmzidir!

Dostum İskəndər Şəkinski dünən Facebook sosial şəbəkədə aşağıdakı mətnli status paylaşıb: “Mərhum Lyubov Yakovlevna Şvetskaya (134 saylı məktəbin direktoru) öz övladını dərsə gətirən çoooooox böyük rəisdən uşağı dərsə gətirərkən avtomobili məktəbdən bir-iki kvartal kənarda saxlamağı xahiş etmişdi. Əsas motiv – hamının belə imkanı yox idi, həm də bu pedaqoji nöqteyi-nəzərdən doğru deyildi. İndi isə imkan olsa sinif otağına da maşında girərlər... Allah sənə rəhmət eləsin, Lyubov Yakovlevna”.

Budur! Bizim Sıxlıq və Tıxac bayramı haqqında qızıl sözlər! Bu iki məhəllə haqqında deyil, hər yerdə və hər yerə avtomobil ilə getməyimiz haqqında olan sözlərdir.

Bakı həqiqətən də kiçik şəhər deyil. Avtomobil nəqliyyatı digər şəhərlərdə olduğu kimi bu şəhərdə də labüddür. Amma avtomobil sadəcə nəqliyyat vasitəsidir, dəbdəbə deyil. Ona görə də, avtomobildən hərəkət üçün istifadə etmək lazımdır, daha çoxlarının etdiyi kimi göstəri üçün yox. Biz çörək mağazasına taksidə gedən insanların şəhərində yaşayırıq! Biz məktəbə qədər olan 100-500-1000 metr məsafəni dörd təkər ilə fəth etməyə üstünlük verənlərdənik! Biz tıxaclara görə hamıdan şikayət edən, amma bu sıxlığın gündəmdə qalması üçün əlindən gələn hər şeyi edənlərdənik!

Bir-iki tanış var, özü, həyat yoldaşı və uşaqlarının hər biri üçün sürücü ilə avtomobil və diqqət, özü şəxsən sürmək üçün bir neçə avtomobili saxlayır. Və hətta bir dəfə özü, yoldaşı və uşaqları hərəsi bir avtomobildə tıxacda qalıb və tıxacdan şikayətlənib.

Gəlin ayaq üstə gəzən insan olduğumuzu xatırlayaq. Gəlin dünyaya dörd təkərlə deyil, iki ayaqla qədəm qoyduğumuzu xatırlayaq. Öz çanaq nahiyəmizi oturacaqlardan qaldıraq və bir neçə addım ataq.

Gəzməyi öyrənməliyik. Uşaqlıqda olduğu kimi. İlk sözlərimizi Tıxac və Sıxlıq Bayramının – şər olduğunu deyib və ilk addımlarımızı atmalıyıq.

O zaman xoşbəxtliyi tapacağıq. Şəhər havaya buraxılan qazların əlindən rahat nəfəs alacaq, əsəblərimizi də, şəhərimizin yollarındakı asfalt örütüyünü də qormuş olarıq.

Kənan Quluzadə