» » » İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

Proqnoz açıqlandı.

İstirahət günü Bakıda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, sentyabrın 20-də yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda isə gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 20-də səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var, Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.