» » » Rusiyada azərbaycanlı satıcı internet ulduzuna çevrildi

Rusiyada azərbaycanlı satıcı internet ulduzuna çevrildi

Rusiyada azərbaycanlı satıcı internet ulduzuna çevrildi

“Uşağı, nənəni və babanı... qonaq etmək lazımdır”

Ulen-Udedə yaşayan azərbaycanlı-satıcı Arzuman Hacağayev internet ulduzuna çevrilib, ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir. 

Artıq bir neçə gündür ki, şəhər sakinləri məşhur Ulan-Ude Meyvə, tərəfəz və giləmeyvə pavilyonu haqqında onlarla status və şərhlər yazırlar.

 Burada onlar mehriban və əliaçıq satıcı haqqında bəhs edirlər.

- Kiçik bir əhvalat danışmaq istəyirəm. Mənim anam təsadüfən alma almaq üçün “Meyvə və tərəvəz” köşkünə girib. Almalar çox xoşumuza gəldi və anam bir neçə dəfə bu köşkə alış-veriş üçün gedib. Köşk uzaqdadır və ora getmək üçün iki nəqliyyat dəyişməli oluruq, amma buna dəyər! – istifadəçilırədən biri yazır. – Və biz ora ikimiz getmək qərarına gəldik. Çox yaxşı köşkdür. Çox şey aldıq, aldıqlarımızı güclə gətirdik.

Gözəl xidmət, çox nəzakətli satıcı var idi. Bizdən bütün bunları necə aparacağımızı, maşınla gəlib-gəlmədiyimizi soruşdu: bizə qarpız bağışlamaq istəyirdi, qarpız çox yaxşı idi amma partlamışdı, atmağa heyfi gəlirdi! Biz imtina etdik. Bizə bir qədər başqa dadlı meyvələr qoydu... Elə xoş oldu ki! Ağır çantalar, iki nəqliyyat dəyişməli olduq, hava isti olsa da, əhval-ruhiyyəmiz əla idi. Təşəkkürlər!

- Bizdə orda olmuşuq, - digər istifadəçi yazıb. – Oğluma və özümə alma aldım, çoxa pulum çatmırdı, daimi müştəriyə xidmət edən satıcını müşahidə etdim. Bu insanla söhbət etdim... Mənə elə gəldi ki, o çox mehriban və imanlı insandı, o yalnız yaxşılıq edir. Söhbətin sonunda bizə iki gavalı verdi. Ona xoşbəxtlik və daha çox müştəri arzu edirəm. Belə insan bunlara layiqdir!

İnternet-istifadəçiləri satıcının alıcılara alma və bananlara qonaq etdiyini yazırlar:

- “Meyvə və tərəvəz” köşkünə dair yazını gördüm, susmaq mümkün deyil! Həqiqətən satıcı həddən artıq nəzakətli və qonaqpərvərdir. Hərdən isə alma və ya şaftalı hədiyyə edir. O, hər zaman müştərinin xeyrinə qiyməti salır. Məsələn 36,70-ə banan alırsan, o isə alıcı üçün qiyməti yuvarlaqlaşdıraraq 35 rubl alır! – anonim müəllif yazır.

- Yaxınlıqda işləyirik, onun yanına gedib  xeyirli gün arzu edirik, o isə bizə alma verir. Bütün gün əhval-ruhiyyən gözəl olur! Özünü müştəri kimi deyil “əziz qonaq” kimi hiss edirsən.

Bəzilərinə isə ərik qismət olur.

- Bir dəfə bu köşkə girdim, sadəcə su üçün. Amma bir qədər şaftalı və ərik almaq qərarına gəldim, satıcı isə başqa növ ərik də qoydu. Mən cəmi 200 ya 100 rubl dəyərində meyvə aldım. O, mənə meyvələri yumağı təklif etdi, birdən onları yolda yemək istəyərəm, o zaman hamilə idim. Çox mehriban kişidir, satdığı meyvələr dadlıldır, vicdanla işləyir. Ona bir daha təşəkkür edirəm, - Ulan-Udedən olan digər alıcı yazıb.

Satıcı hər zaman alıcılar ilə həvəslə ünsiyyət qurur:

- Mənə də pulsuz gavalı, alma verib. Çox nəzakətlidir. Onunla istənilən mövzuda söhbət etmək olar. Hər şey çox təmizdir. Səni anbara da buraxa bilər, hər şeyin pulsuz dadına baxa bilərsən. Ora böyük məmuniyyətlə gedirəm, - digər istifadəçi yazıb.

Bu şərhləri oxuyan şəhərlilər həmin pavilyona maraq üçün gedirlər və hər zaman nə isə alırlar. 

- Ərim ilə qəsdən ora getidk. Satıcı çox təmkinlə nəyi almağın daha yaxşı olduğunu təklif etdi. Alma üçün gəlmişdik. Nəticədə isə bir paket meyvə aldıq, o hələ hədiyyə olaraq meyvə və şirə də hədiyyə etdi. Çox xoş idi! Mən ona internet ulduzu olduğunu söylədim. O elə utandı ki! Təşəkkür edirəm. Belə satıcıların çox olmasını istərdim!

“İnform Polis” sosial şəbəkələrdə qəhrəmana çevrilmiş satıcı ilə şəxsən tanış olmaq istədi. Sözü gedən pavilyon Təqaüd fondunun yaxınlığında yerləşir. Fotoaparatla silahlanıb ora yol düşdük. Satıcı həqiqətən çox təvazökar, mədəni biridir.

Ulan-Udelilərin onu tərifləyib və reklam etmələri barədə Arzuman Hacağayevin heç xəbəri yox idi.

- Həqiqətən? – o inanmayaraq gülümsədi.

Özü haqqında danışanda Ulan-Udedə artıq 1 il altı aydır yaşadığını dedi.

- Özüm Azərbaycandanam, - Arzuman Hacağayev bildirib. – Buryatiyaya qardaşım çağırıb, gəldim və burada işləyirəm.

Əvvəlcə kişi Vostoçnı qəsəbəsində meyvə satırdı, sonra isə Jerdev küçəsində pavilyonda ticarət etməyə başlayıb. Ulan-Udeni çox sevdiyini etiraf etdi.

- Bura çox yaxşıdır, insanlarla ünsiyyət qurmaq xoşuma gəlir, sakit və yaxşı şəhərdir, - Arzuman Hacağayev öz təəssüratlarını bölüşüb.

Burada hər zövqə uyğun mal var: armud, üzüm, alma, portağal. Alıcı qıtlığının olmadığını qeyd etdi: onların arasında yaşlılar da var, uşaqlar da. Arzuman Hacağayev yetişmiş şirəli meyvələrə daha çox balaca ulan-udeliləri və hamilə qadınları qonaq edir. Səbəbini də izah edir. 

- Hamilə qadın ərindən nə isə almağı istəyir, o isə “Pulum yoxdur” deyir. Və ya uşaqlar ana və ya ataları ilə gəlirlər, alma və ya üzüm almağı xahiş edirlər, valideynlər isə “Maaş alanda alaram” və ya “atan pul göndərəndə alaram” deyə cavab verirlər. Mən onlara meyvəni pulsuz verirəm. Axı mən bunun hamısını sata bilmərəm, düzdür? Görün nə qədər mal var! – gülümsəyərək Arzuman Hacağayev piştaxtanı göstərir. 

- Qoy uşaqlar yesin. Mən də uşaq olmuşam. Uşağı, hamilə qadını, nənəni, babanı qonaq etmək laızmdır...