» » » Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Meteohəssas insanlara xəbərdarlıq edilib.

Yer kürəsində sentyabrın 20-21-də maqnit qasırğaları gözlənilir.

ucarliyiq.biz xəbər verir ki, alimlər sentyabrın 18-də Günəşin səthində güclü partlayışlar qeydə alıblar. Bu partlayışlar Yerdə güclü maqnit qasırğalarına səbəb olacaq.

“Günəşdə 3 qrup ləkə müşahidə edilib. BETA-GAMMA maqnit konfiqurasiyalı 2415 qrupunda - 19 ləkə. Sutka ərzində bu qrupda 4 partlayış qeydə alınıb, onlardan ən əhəmiyyətlisi — С2.6/SF (müddəti - 178 dəqiqə)”, - məlumatda deyilir. 

Mütəxəssislər meteohəssas insanlara bu günlərdə narahatlıq hissi yaranacağı barədə xəbərdarlıq ediblər.