» » » Məktub yazıb, özünü öldürən şəxs bank əməkdaşı imiş - TƏFƏRRÜAT

Məktub yazıb, özünü öldürən şəxs bank əməkdaşı imiş - TƏFƏRRÜAT

Məktub yazıb, özünü öldürən şəxs bank əməkdaşı imiş - TƏFƏRRÜAT

Seyidov 3 uşaq atası idi.

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub. 

ucarliyiq.biz-ın Lent.az-a istinadən məlumatına görə, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.
 
Qohumları bildirir ki, S.Seyidov Sumqayıtda yerləşən bank filialında inkasasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.
 
S.Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.
 
Qeyd edək ki, S.Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.