» » » Azərbaycanda ana olan məktəbli qızlar

Azərbaycanda ana olan məktəbli qızlar

Azərbaycanda ana olan məktəbli qızlar

Nikah yaşı çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı məlum olub.

2015-ci ildə nikah yaşı çatmayan 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gətirilib.

Ucarliyiq.biz xəbər verir ki, Dövlət Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb.

Ötən il doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.

Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə, üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

ucarliyiq.biz