» » » Rəsul Quliyevin qardaşı vəfat etdi

Rəsul Quliyevin qardaşı vəfat etdi

Rəsul Quliyevin qardaşı vəfat etdi

Onun qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır.

Eks-spiker, 1996-cı ildən Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevə ağır itki üz verib.

Ucarliyiq.biz musavat.com-ə istinadən xəbər verir ki, R.Quliyevin qardaşı, iş adamı Rza Quliyevin atası Sabir Bayram oğlu Quliyev bu gün səhər saatlarında vəfat edib.

Rəsul Quliyevin qardaşının yasında iştirak etməsinə icazə verilib-verilməyəcəyi sual altındadır. Bununla bağlı müraciət edilib-edilməməsinə dair onun yaxınları müzakirələr aparır.

Nəzərə çatdıraq ki, bir neçə il öncə keçmiş prezident Ayaz Mütəllibovun oğlu dünyasını dəyişərkən onun yas mərasimində iştirakına icazə verilmişdi.