» » » Ölüm ayağında olan gəncin nişanlısı onunla maraqlanmır

Ölüm ayağında olan gəncin nişanlısı onunla maraqlanmır

Ölüm ayağında olan gəncin nişanlısı onunla maraqlanmır

“Asiman ona görə canına qıyıb”.

İsmayıllının Mican kəndində qız toyundan sonra nişanlısının ondan ayrılmasına görə intihar edən Asiman Hidayətov hələ də komadadır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə AzVision.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Asimanın vəziyyəti kritik olduğundan o, ötən gün təcili olaraq Bakıya özəl klinikalardan birinə yerləşdirilb.

Yaxınlarının dediyinə görə, intihar edən bəyin həyatda qalma şansı çox azdır: 

“Həkimlər Asimanın sağalacağına ümid vermirlər. Deyirlər ki, Allahdan ümid kəsilməz. Onun beyin hüceyrələri tamamilə ölüb. Süni nəfəslə yaşayır. Valideynləri bilmirlər nə etsinlər. Allah heç kimə belə dərd göstərməsin. Rayonda həkimlər dedilər ki, Bakıya aparın, burada onu sağaltmaq mümkün deyil. Bakıdan 1500 manata təcili yardım maşını gəlib Asimanı apardı. Hazırda o klinikadadır. Səhhətində heç bir irəliləyiş yoxdur”.

Qohumları Asimanın intihar etməsinə səbəb olan nişanlısının onunla maraqlanmadığından gileylənirlər.

“İnsan nə qədər nankör olar? Asiman ona görə canına qıyıb, bir dəfə də olsa yanına gəlməyib, ümumiyyətlə maraqlanmır. Allah o qızı bağışlamayacaq. Kaş ki, Asiman sağalsın, ayağa dursun, onun acığına elə toy edəcəyik ki, onda it kimi peşman olar”.

Qeyd edək ki, sentyabrın 11-də Asimanın nişanlısı olan qızın toy mərasimi keçirilib. Toydan sonra nişanlısının onunla evlənmək istəməsinə dözə bilməyən A.Hidayətov özünü asaraq intihar etmək istəyib. Ailə üzvlərinin müdaxiləsindən sonra Asimanın həyatını xilas etmək mümkün olub. 

“Bəzi şəxslər Asiman barədə nişanlısına xoşagəlməz sözlər deyiblər, onun guya narkoman olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiriblər. Nişanlısı da Asimana ağır sözlər söyləyib, onunla evlənmək istəmədiyini deyib. Asiman da həm buna görə, həm də camaat arasında barəsində mənfi söz-söhbətin yayılmasından hiddətlənərək intihar etmək istəyib”-deyə Asimanın dayı bildirib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.