» » » “İnterpol” azərbaycanlı sabiq məmuru axtarır

“İnterpol” azərbaycanlı sabiq məmuru axtarır

“İnterpol” azərbaycanlı sabiq məmuru axtarır

Səfər İmanov korrupsiya işi üzrə fiqurantdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanov “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Report” vəkil Kamandar Nəsibova istinadən məlumat yayıb. 

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar sabiq aparat rəhbəri ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün “İnterpol”a müraciət edilib.

Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

ucarliyiq.biz